Gəncədə raketlə vurulan binaların yerindən görüntülər - VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.

Gəncə Memorial Kompleksinin təməlini Prezident 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının və keçmiş parkın yerləşdiyi ərazidə yaradılır.

Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın təşkili və ərazinin abadlaşdırılması işləri həyata keçirilir.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raketlə vurulub. Nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu