KİV: Hindistan ABŞ-ın ticarət tariflərinə cavab verməyəcək


Hindistan ABŞ-ın ticarət tariflərinin 50%-ə qədər artırılmasına cavab olaraq mümkün tədbirləri istisna edir.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Hindistanın Ticarət və İqtisadi İnkişaf Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Hindistan və ABŞ arasında ticarət danışıqları hazırda təxirə salınsa da, iki ölkənin əsas nazirlikləri rabitə kanallarını saxlamağa və müdafiə və xarici siyasət də daxil olmaqla əsas məsələlər üzrə qeyri-rəsmi onlayn məsləhətləşmələr keçirməyə davam edir. "Yeni Dehli danışıqların növbəti raundunun tarixinin hələ müəyyən edilməməsinə baxmayaraq, ikitərəfli ticarət sazişinin imzalanması üçün Vaşinqtonla işləməyə davam edəcək", - deyə məlumatda qeyd olunur.

Avqustun 25-29-da Yeni Dehlidə keçirilməsi nəzərdə tutulan danışıqların altıncı raundu Amerika tərəfinin qərarı ilə təxirə salınıb. "Bloomberg"-in mənbəsi vurğulayıb ki, ABŞ tarifləri azaldılmayana və Hindistanın Rusiya neftini alması səbəbindən ABŞ-ın tətbiq etdiyi əlavə rüsumlar ləğv olunmayana qədər ticarət sazişi imzalana bilməz.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu