Si Cinpinin Rusiya, İran və Şimali Koreya liderlərinin yanında dayanması Avropanı narahat edir
Rusiya, Çin, İran və Şimali Koreya liderlərinin görüşləri qaydalara əsaslanan dünya nizamına “birbaşa çağırış”a çevrilib.
AFN.az xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Kaja Kallas bildirib.
"Çin prezidentinin Pekində Rusiya, İran və Şimali Koreya liderlərinin yanında dayanması sadəcə anti-Qərb mövqeyi deyil. Bu, beynəlxalq qaydalara əsaslanan dünya nizamına birbaşa meydan oxumaqdır", - deyə o vurğulayıb.
Kallas Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitini, Pekində keçirilən ikitərəfli və çoxtərəfli görüşləri "avtoritar liderlərin yeni dünya nizamı yaratmaq işi" adlandırıb. O, Avropanın bu yeni reallıqla üzləşməli olduğunu bildirib.

