Zelenski: Tramp Macarıstan və Slovakiyanın Rusiyadan neft almasından çox narazıdır
ABŞ prezidenti Donald Tramp “İstəklilər koalisiyası” ilə bugünkü telefon danışığı zamanı Avropanın hələ də Rusiya neftini satın almasından narazı qaldığını bildirib.
AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski koalisiyanın görüşlərinin yekunları üzrə jurnalistlərlə söhbəti zamanı açıqlama verib.
"İki ölkə var, Macarıstan və Slovakiya. Rusiya bizim enerji sektorumuza hücum edəndə, biz isə onların pul qazanıb silaha xərclədiyi enerji sektoruna hücum edərək cavab verdikdə, bu iki ölkə prezident Trampa şikayət etdi ki, Ukrayna belədir, bu, müvafiq nefti əldə etmək imkanlarını azaldır", - deyə Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna Rusiyanın neft sektoruna qarşı sanksiyalar tətbiq edib:
"Mən şadam ki, bu gün ABŞ açıq şəkildə bu ölkələrin adlarını çəkərək, Rusiyanın döyüş maşınına kömək etdiklərini deyir. Və hamımız bunu dayandırmalıyıq", - deyə Zelenski qeyd edib.
