Çində ictimai sağlamlıq fövqəladə vəziyyəti elan edildi


Çində artan “Çikungunya” qızdırması halları səbəbindən 3-cü səviyyə ictimai sağlamlıq fövqəladə vəziyyəti elan edilib.

Çinin cənubundakı Quandun əyalətinin Jiangmen şəhərində ağcaqanadlardan yoluxan virusun səbəb olduğu “Çikungunya” qızdırması hallarının sayı 1714-ə çatıb. Məlumata görə, bölgədə səhiyyə orqanları epidemiya ilə əlaqədar 3-cü səviyyə ictimai sağlamlıq fövqəladə vəziyyəti elan ediblər.

Jiangmendə 19 sentyabra qədər ümumilikdə 1714 yoluxma aşkarlanıb. Bildirilib ki, bütün halların gedişatı yüngül olub, ağır xəstə və ya ölüm hadisəsi qeydə alınmayıb.

Ağcaqanadlardan keçən eyni adlı virusun səbəb olduğu “Çikungunya” xəstəliyi əsasən qızdırma və oynaq ağrıları ilə özünü göstərir. Xəstəlik həmçinin oynaqlarda şişkinlik, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəri səpgilərinə səbəb ola bilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu