Aİ-dən qlobal istiləşmənin gətirə biləcəyi xəstəliklərlə bağlı hesabat


"Asiya pələngi" ağcaqanadları ("aedes albopictus") və sarı qızdırma ağcaqanadları ("aedes aegypti") növləri artan istilik dalğaları, daşqınlar səbəbindən çoxalıb.


Avropa İttifaqının Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) hazırladığı hesabata görə, Avropada iqlim dəyişikliyi ilə əlaqədar uzun yay aylarında bu həşəratların reproduktiv qabiliyyət artıb.

Hesabatda bildirilir ki, "Asiya pələngi" ağcaqanadları Şimali və Qərbi Avropada daha çox yayılıb. 2013-cü ildə Avropanın 8 ölkəsində 114 bölgədə rast gəlinən növə bu il 13 ölkədə 337 bölgədə rast gəlinir. "Asiya pələngi" ağcaqanadının dang qızdırması və çikungunya kimi xəstəlikləri daşıdığı bilinir.

Avropanın bir çox yerində görülən sarı qızdırma ağcaqanadının dang qızdırması, sarı qızdırma, çikungunya, zika və Qərbi Nil virusunu bölgəyə yayma riski yüksəkdir.

ECDC-nin direktoru Andrea Ammon xəstəliklərin yayılmasının qarşısını almaq üçün ağcaqanad populyasiyasına nəzarətin və fərdi mühafizə tədbirlərinin tətbiqinin vacibliyini vurğulayıb.

Hesabatda ağcaqanad böhranının öhdəsindən gəlmək üçün təbiətə zərər verməyən və durğun suda sürfələri öldürən dərmanlardan istifadə edilməsi, ağcaqanadların keçirə biləcəyi xəstəliklərlə bağlı cəmiyyətdə maarifləndirmənin aparılması tövsiyə olunub.

"Xüsusilə Qərbi Nil virusu ensefalit, meningit və nevroloji zədələrə səbəb ola bilər və ölümlə nəticələnə bilər" - deyə hesabatda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu