Kambocada 7 ildən sonra Zika virusuna ilk yoluxma halı aşkarlanıb


Cənub-Şərqi Asiya ölkəsi Kambocada 7 ildən sonra ilk Zika virusuna yoluxma halı aşkarlanıb.


Yerli KİV-in məlumatına görə, Kamboca Səhiyyə Nazirliyinin verdiyi açıqlamada ölkədə 2016-cı ildən bəri ilk Zika virusuna yoluxma halının aşkarlandığı bildirilib.

Açıqlamada Kampong Thom bölgəsində 7 yaşlı bir qızın danq qızdırması şübhəsi ilə sentyabrın 18-də xəstəxanaya yerləşdirildiyi və sentyabrın 21-də onun analizinin nəticəsiniə görə zika virusuna yoluxduğu təsdiqləndiyi açıqlanıb.

Açıqlamada zika virusunun hamilə qadınlara yoluxduğu halda ölü doğuşa səbəb ola biləcəyi bildirilib və infeksiya əlamətləri göstərənlərin dərhal səhiyyə müəssisəsinə müraciət etmələri vurğulanıb.

Açıqlamada virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd edilib.

Qeyd edək ki, zika virusu da insanlara “Aedes” ağcaqanadlarının dişləməsi ilə keçir.

Hamilə qadınlarda qan, cinsi əlaqə və anadan körpəyə keçdiyi təsbit edilən virus ilk dəfə 1947-ci ildə Uqandanın Zika meşələrində meymunlarda aşkar edilib.

Qızdırma, gözlərin qızarması, qusma, səpgi, baş, əzələ və oynaq ağrıları kimi əlamətlər göstərən xəstəliyin spesifik müalicəsi və profilaktik peyvəndi yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu