Aİ ölkələrində Tesla satışlarındakı azalma davam edir
Avropa İttifaqı (Aİ) ölkələrində Tesla markalı avtomobil satışları avqustda keçən ilin eyni ayına nisbətən 36,6% azalıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) Aİ ölkələrinin yanvar-avqust dövrünə aid yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumata görə, İlon Maska məxsus Tesla şirkətinin avtomobil satışları Aİ ölkələrində azalmaqda davam edib.
Tesla satışlarının Avropa ölkələrində azalması avqustla birlikdə 8-ci ayı
Markanın avqustda Aİ-dəki ümumi yeni avtomobil satışlarındakı payı 2%-dən 1,2%-ə düşüb.
Tesla-nın Aİ ölkələrində yanvar-avqust dövründəki satışı keçən ilin eyni dövrünə görə 42,9% azalıb. Keçən ilin yanvar-avqust dövründə Aİ ölkələrində 150 037 olan Tesla satışları bu ilin eyni dövründə 85 673 səviyyəsində qalıb. Bu müddətdə şirkətin Aİ bazarındakı ümumi payı da 2,1%-dən 1,2%-ə düşüb.
Aİ-yə üzv ölkələr, Avropa Azad Ticarət Birliyinə üzv İsveçrə, Norveç və İzlanda ilə İngiltərədə ümumi Tesla satışları avqustda keçən ilin eyni ayına nisbətən 22,5% azalaraq 14 831-ə, yanvar-avqust dövründə isə 32,6% azalaraq 133 857-yə enib.
Tesla-nın Avropa ölkələrində satışları bu ilin əvvəlindən bəri azalmaqdadır.
Maskın yaxın dövrlərə qədər ABŞ Prezidenti Donald Tramp ilə əməkdaşlığı, sərgilədiyi mübahisəli davranışlar və Avropa ölkələrində sağçı siyasətçilərə verdiyi açıq dəstək avropalıların şirkətlə aralarına məsafə qoymasına səbəb olmuşdu.

