Ukraynada ABŞ istehsalı olan batareya şəbəkəsi yaradılıb


Ukraynada ABŞ istehsalı olan iri enerji batareyalarından ibarət şəbəkə qurulub. Layihəyə ölkənin ən böyük enerji şirkətlərindən biri olan DTEK rəhbərlik edir.

AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Bildirilir ki, batareya parklarının yerləri gizli saxlanılır, lakin onların Kiyev və Dnepropetrovsk vilayətlərində yerləşən altı məkanda quraşdırıldığı deyilir. Bu sistemlərin ümumi gücü 200 meqavatdır və digər enerji mənbələri sıradan çıxan hallarda ehtiyat mənbə kimi istifadə olunacaq.

Nəşr yazır ki, bu batareyalar iki saat ərzində təxminən 600 min evin elektrik tələbatını ödəyə bilər, bu isə Vaşinqtonun müəyyən etdiyi enerji səviyyəsinə bərabərdir.

Nəşrin məlumatına görə, layihənin dəyəri təxminən 140 milyon dollar təşkil edib və batareyalar ABŞ-da hazırlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu