Avropa fond bazarlarında mənfi tendensiya müşahidə olunur
Avropa birjaları Fransada siyasi qeyri-müəyyənliyin davam etməsi səbəbindən satış ağırlıqlı ticarət aparır.
Avropa birjalarında saat 10:50-yə olan məlumata görə, Stoxx Europe 600 indeksi 0,2 faiz azalaraq 569,2 bənd, Almaniyada DAX 40 indeksi 0,04 faiz azalaraq 24 387 bənd, Böyük Britaniyada FTSE 100 indeksi isə 09,5 bənd ucuzlaşıb.
İtaliyada FTSE MIB 30 indeksi 0,3% düşərək 43.031 bənd, İspaniyada IBEX 35 indeksi 0,2% azalma ilə 15.536 bənd və Fransada CAC 40 indeksi 0,3% geriləmə ilə 7.948 bənddədir.
Fransada 9 sentyabrda baş nazir təyin olunan Sebastien Lekornu yeni hökuməti qurduqdan bir neçə saat sonra istefa verib. Prezident Emmanuel Makron isə Lekornudan siyasi partiyalarla görüşləri davam etdirərək ölkədə stabilliyi təmin edəcək konkret təklifləri çərşənbə axşamına qədər təqdim etməsini tələb edib. Lekornu bu tələbi qəbul etdiyini və müxtəlif siyasi qüvvələrlə əlaqələr quracağını açıqlayıb.
Lekornu Milli Məclisdən etimad səsi ala bilməyən Françsua Bayrou-nun yerinə baş nazir təyin olunmuşdu. Bayrou iyulda açıqladığı büdcə planı ilə Fransanın dövlət borcunu azaltmağı hədəfləyirdi.
Bundan əlavə, bölgədə açıqlanan məlumatlara görə, Almaniyada avqust ayında fabrik sifarişləri aylıq 0,8% azalıb.
ABŞ-da federal hökumətin bağlanması ilə bağlı qeyri-müəyyənlik də qlobal bazarlarda risk artıran amillərdən biridir.
Analitiklər qeyd edirlər ki, bu gün Avropada məlumat axını sakitdir və Avropa Mərkəzi Bankı (ECB) prezidenti Kristin Laqardın gün ərzində edəcəyi açıqlamalarda bölgənin iqtisadi gedişi və ECB-nin pul siyasəti barədə ipucları axtarılacaq.



