Leroy Sane “Qalatasaray”a görə dava saldı
“Qalatasaray”ın almaniyalı futbolçusu Leroy Sane Münhendə keçirilən məşhur Oktoberfest festivalında bir qrup azarkeşlə mübahisə yaşayıb.
AFN.az xəbər verir ki, məlumat Bild nəşri tərəfindən yayımlanıb.
Bildirilir ki, insident festivalın şərab çadırında baş verib. Futbolçu ilə “Qalatasaray” klubuna qarşı təhqiramiz ifadələr işlədən bir qrup azarkeş arasında gərginlik yaranıb və mübahisə qısa müddətlik qarşıdurmaya çevrilib. Təhlükəsizlik əməkdaşlarının vaxtında müdaxiləsi sayəsində vəziyyət nəzarət altına alınıb.
Sane bildirib ki, festival çadırında uzun müddət təxribat və təhqirlərlə üzləşib: “Komandam 'Qalatasaray'a hörmətsizlik edildi. Gərginlik yaranmışdı və anlaşılmazlıq oldu. Daha sakit olmalı idim, bu mənim üçün dərs oldu”.
Qeyd edək ki, 29 yaşlı futbolçu son günlər zəif oyun göstərməsi və Almaniya millisindən çağırış almaması ilə diqqət çəkir.

