Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbulu təxirə salınır


Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı Aİ ölkələri arasında fikir ayrılıqları qalmaqdadır və onun təsdiqi oktyabrın 23-24-də Brüsseldə keçiriləcək sammitə qədər təxirə salınacaq.

AFN.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

“Çərşənbə günü müzakirələrdən sonra Aİ səfirləri 19-cu paketlə bağlı razılığa gələ bilməyiblər. Anlaşılmazlıqlar qalır və demək olar ki, onları yalnız yüksək səviyyəli müzakirələr zamanı həll etmək olar”, – mənbə bildirib.

O, təfərrüatları açıqlamaqdan imtina edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu