NATO aviabazasının üzərində naməlum PUA müşahidə edilib


Almaniyanın qərbindəki Geilenkirxendəki (Şimali Reyn-Vestfaliya) NATO-nun aviabazasının üzərində naməlum pilotsuz təyyarə müşahidə edilib.

AFN.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, radarlar çərşənbə günü yerli vaxtla saat 19:00 radələrində (Bakı vaxtı ilə 21:00) bazanın təhlükəsizlik zonasında PUA-nı aşkar ediblər. Obyekt uçuş zolağının üzərindən aşağı hündürlükdə uçub. Dərhal bazaya xəbərdarlıq edilib, hərbçilər və polis hadisə yerinə gəlib. Pilotsuz təyyarənin növü və operatoru hələ müəyyən edilməyib.

Geilenkirchen aviabazası alyansın şərq cinahında NATO-nun hava nəzarəti əməliyyatlarında əsas rol oynayır. Orada havadan erkən xəbərdarlıq və idarəetmə (AWACS) təyyarələri yerləşdirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu