İsrail dörd girovun qalıqlarını aldığını açıqlayıb


İsrail Qırmızı Xaç vasitəsilə girovların qalıqlarını alıb

AFN.az xəbər verir ki, Qəzza zolağındakı İsrail qüvvələri Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə girovların qalıqlarının olduğu 4 tabutu alıb.

İsrail ordusunun mətbuat xidməti bildirib ki, mərhumların adları hələ açıqlanmır və ictimaiyyət səbirli olmalı, Milli Məhkəmə Ekspertizası Mərkəzində rəsmi şəxsiyyətin müəyyənləşdirilməsini gözləməlidir.

Oktyabrın 13-də HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında öldürülən dörd girovun adını açıqlamışdı. İsrail yalnız 4 girovun cəsədini aldığını və qalan 24 cəsədin qaytarılmamasına görə HƏMAS-ın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı narazılığını bildirib.

İsrailin müdafiə naziri İsrael Katz xəbərdarlıq edərək bildirib: "Öhdəlikləri yerinə yetirməkdə gecikmə və ya bilərəkdən yayınma Qəzza zolağında atəşkəs razılaşmalarının kobud pozulması hesab olunacaq və müvafiq cavab veriləcək”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu