ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı - SƏBƏB


ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.

AFN.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu barədə məlumat verib. Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen bölgəyə səfərinə Azərbaycan Respublikasından başlamalı idi.

“Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət alması və onun rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirakı səbəbindən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır”, — deyə Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Elina Valtonen bu gün Ermənistana səfər edib və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. O, həmçinin Gürcüstana da səfər edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu