BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı


BMT-nin Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə saxlanılıb.

AFN.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə müəyyən edilib ki, Rəvan Həsənzadə içkili vəziyyətdə Səbail rayonu ərazisində avtomobil idarə edib. O, DYP əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, səs-küy salıb və narahatçılıq yaradıb. Nəticədə 39-cu Polis Bölməsi tərəfindən saxlanılaraq barəsində müvafiq protokol tərtib olunub.

Məhkəmə iclasında Rəvan Həsənzadə törətdiyi əməli etiraf edib, peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib. Məhkəmə onun peşmançılığını və beynəlxalq təşkilatda çalışmasını nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə işə xitam verib.

O, 510-cu maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu