Super peyvənd xərçəngin yayılmasını tamamilə dayandıra bilər


ABŞ alimləri siçanlar üzərində apardıqları təcrübələrdə melanoma, mədəaltı vəziüçlü mənfi döş xərçənginin böyüməsini və yayılmasını tamamilə əngəlləyə bilən yeni “nanohissəciklərə əsaslanan super vaksin” hazırlayıblar.


Massaçusets Amherst Universitetinin Biotibbi Mühəndislik Departamenti tərəfindən aparılan araşdırma peyvənd edilmiş siçanların 88 faizinin şişsiz qaldığını aşkar edib.

Əldə olunan nəticələr peyvəndin mövcud şişləri azaltmaqla yanaşı, xərçəngin yaranmasının qarşısını da ala biləcəyini göstərir. Layihənin rəhbəri Prof. Prabhani AtukoraleBu nanohissəcikləri immun sistemini çoxsaylı yollarla aktivləşdirəcək şəkildə hazırladıq. Xərçənglə əlaqəli antigenlərlə birləşdikdə, şişin böyüməsini təsirli şəkildə dayandıra bilirik” deyib.

Ənənəvi xərçəng peyvəndləri bədənə antijen və immuniteti stimullaşdıran köməkçi maddə verir. Lakin xərçəng peyvəndlərində effektiv köməkçi maddə tapmaq çətindir. Tədqiqatçılar bu problemi iki fərqli köməkçi maddəni birləşdirən lipid nanohissəcik əsaslı “super köməkçi maddə” ilə həll ediblər. Bu struktur immun sisteminin xərçəng hüceyrələrini daha güclü tanıyıb məhv etməsini təmin edib.

Təcrübə nəticələrinə görə, super peyvənd tətbiq olunan siçanların 80 faizi melanoma qarşı tam qorunub, klassik peyvənd qəbul edən heç bir heyvan isə 35 gündən çox yaşaya bilməyib. Ağciyərlərə metastaz tamamilə qarşısı alınıb.

Tədqiqatın ikinci mərhələsində alimlər birbaşa şişdən (şiş lizatı) götürülmüş ölü xərçəng hüceyrələrindən istifadə edərək daha real sınaq keçiriblər. Bu təcrübədə mədəaltı vəzi xərçəngində 88 faiz, döş xərçəngində 75 faiz və melanomada 69 faiz şişin aradan qaldırılmasına nail olunub.

Siçanların heç birində xərçəngin bədənin digər hissələrinə yayılması müşahidə edilməyib.

Növbədə insanlar üzərində sınaq gözlənilir

Araşdırmanın nəticələri Cell Reports Medicine jurnalında dərc olunub.

Alimlərin fikrincə insanlar üzərində hələ sınaqdan keçirilməmiş peyvənd bir çox xərçəng növlərinə qarşı istifadə üçün universal platforma təmin edə bilər.

Mütəxəssislər bildirir ki, bu texnologiya klinik sınaqlara keçsə, gələcəkdə xərçəngin bədəndə yayılmasını tam dayandıra biləcək ilk müalicə üsullarından biri ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu