Hollandiyada seçkinin ilkin nəticələri açıqlanıb


İlkin exit-poll nəticələrinə görə, 27 yer qazanacağı proqnozlaşdırılsa da, Rob Jettenin rəhbərlik etdiyi Sosial Liberal Demokratlar (D66) 66 mandatla Hollandiyada keçirilən ümumi seçkilərdə qalib gəlib.

Jetten 2023-cü il seçkilərində qazandığı 9 mandatı iki dəfədən çox artıraraq 27 deputat çıxarmağı bacarıb.

Ölkədə səsvermə yerli vaxtla saat 07:30-da başlayıb və 21:00-da sona çatıb. Seçkilərdə 1,166 namizəd və 27 partiya 150 mandat uğrunda mübarizə aparıb.

Səsvermə bitdikdən dərhal sonra açıqlanan ilk müvəqqəti exit-poll sorğuları nəticələrin tam dəqiq olmadığını göstərir.

Araşdırma şirkəti Ipsos-un məlumatına görə, Jettenin rəhbərlik etdiyi D66 27 mandatla birinci yerdədir.

D66-dan sonra, əvvəlki seçkilərə nisbətən 12 mandat itirən Geert Vildersin rəhbərlik etdiyi İslam və xarici ölkə əleyhinə sağçı Azadlıq Partiyası (PVV) 25 mandatla ikinci sıradadır.

Dilan Yeşilgöz-Zegeriusun rəhbərlik etdiyi əvvəlki hökumətin koalisiya tərəfdaşı Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) isə 23 mandatla üçüncü yerdə qərarlaşıb.

Frans Timmermanın liderliyi ilə birlikdə seçkilərə ittifaq şəklində qatılan Leyborist Partiyası (PvdA)Yaşıl Sol (Green Links) 5 yer itirərək 20 yer əldə edib.

Son hökumətin koalisiya tərəfdaşlarından biri olan Yeni Sosial Müqavilə Partiyası (MSP) son seçkilərdə qazandığı 20 yerdən heç birini qazana bilməyib.

İfrat sağçı Fermer Vətəndaş Hərəkatı Partiyası (BBB) 2023-cü ildə qazandığı 7 yerdən 4-ə düşüb.

Son seçkilərdə 5 mandat qazanmış Xristian Demokratlar Birliyi (CDA) isə səsini artıraraq mandatını 19-a çatdırıb.

Digər sağçı partiyalardan Demokratiya üçün Forum Partiyası (FvD) səsini artıraraq 6 mandat, JA21 Partiyası isə 9 mandat qazanıb.

Beləliklə, sağçıların parlamentdəki ümumi mandat sayı 41-dən 44-ə yüksəlib.

Üzvlərinin əksəriyyəti türk və miqrantlardan ibarət olan Denk Partiyası səsini qoruyaraq 3 mandat qazanıb.

Heç bir partiyanın təkbaşına hökumət quracaq çoxluğu təmin edə bilmədiyi Hollandiya parlamentində ən azı 3 partiyalı koalisiyanın formalaşması gözlənilir.

Bir partiyanın hökumət qura bilməsi üçün parlamentdəki 150 deputatdan ən azı 76-nın dəstəyini alması tələb olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu