Paris prokurorluğu: Luvr soyğununu kiçik miqyaslı oğrular həyata keçirib
Paris prokurorluğu Luvr Muzeyindən 102 milyon dollar dəyərində tarixi zinət əşyalarının oğurlandığı soyğunun təşkilatlanmış cinayətkar qruplaşma tərəfindən deyil, kiçik miqyaslı oğrular tərəfindən həyata keçirildiyini açıqlayıb.
Paris prokuroru Lora Bekko "franceinfo" radiosuna verdiyi açıqlamada “Bu, təşkilatlanmış cinayətkar qrupların yüksək səviyyələri ilə əlaqələndirdiyimiz bir cinayət növü deyil. Şübhəlilər açıq-aşkar yerli şəxslərdir, hamısı Parisin şimalındakı aşağı gəlirli Sein-Sen-Denis bölgəsində yaşayır” deyib.
Xatırladaq ki, soyğun iki həftə əvvəl bazar səhəri baş verib. Oğrular Luvrun ikinci mərtəbəsinə yük qaldırıcı vasitəsilə çıxaraq şüşələri sındırıb, vitrini spiral daşlama maşını ilə açıblar və yalnız yeddi dəqiqədə motosikllərlə hadisə yerindən qaçıblar.
Polis şübhəlilərdən üçünü yaxalasa da, zinət əşyaları hələ də tapılmayıb. Prokurorluğun məlumatına görə, dördüncü şübhəli hələ də axtarışdadır.
Rəsmi şəxslər bildirirlər ki, hadisə “Ocean’s Eleven” tərzində peşəkar bir soyğun deyil, yerli cinayətkarların cəsarətli cəhdi olub.
