Zəfər paradının aparıcısı müəyyənləşdi


Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək.

Parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib. Artıq aparıcı məşqlərə də başlayıb.

Budəfəki parada da Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu