Filippində “Kalmaegi” tayfunu qurbanlarının sayı 114-ə çatdı


Filippinə Sakit okeandan daxil olan “Kalmaegi” tayfununun səbəb olduğu güclü külək və daşqınlar nəticəsində ölənlərin sayı 114 nəfərə yüksəlib.

Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Riskini Azaltma və İdarəetmə Şurası (NDRRMC) tayfunun yaratdığı fəlakət və qəzalara dair son vəziyyəti açıqlayıb.

Açıqlamada, ölkə daxilində “Tino” adlandırılan “Kalmaegi” tayfunu səbəbindən həyatını itirənlərin sayısının 114-ə çatdığı bildirilib.

Ölənlərin 71-nin Cebu bölgəsində qeydə alındığı, çoxunun torpaq sürüşməsi və sel nəticəsində həyatını itirdiyi qeyd olunub. Eyni zamanda 127 nəfərin hələ də itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Tayfunun ölkə üzrə 5 mindən çox yaşayış məntəqəsində təsir göstərdiyi, 1 milyon 951 mindən çox insanın fəlakətdən zərər çəkdiyi, 4 933 təxliyə mərkəzində isə 127 mindən artıq ailənin yerləşdirildiyi açıqlanıb.

Mütəxəssislərin proqnozuna görə, “Kalmaegi” tayfunu həftə sonuna doğru Cənubi Çin dənizi üzərindən Vyetnama doğru hərəkət edə bilər.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Filippində baş verən “Haiyan” tayfunu nəticəsində 7 300-dən çox insan həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu