ÜST: Sudandakı toqquşmaları dayandırın


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri (SDQ) arasında davam edən toqquşmalar səbəbilə qan tökülməsinin dayandırılması çağırışı edib.

Qebreyesus məsələyə dair X sosial media platformasında paylaşım edib.

Sudanın Faşir şəhərində həkim Ədəm İbrahim İsmailin öldürülməsini təəssüf hissi ilə öyrəndiklərini bildirən Qebreyesus deyib: “ÜST, Dr. İsmailin yasını tutur və səhiyyə işçilərinə qarşı zorakılığın sona çatmasını tələb edir. Sudanda qan tökülməsinə son verilməlidir.

O, barışın ən yaxşı dərman olduğunu vurğulayıb.

Qeyd edək ki, Dr. İsmail Faşir şəhərindəki Səudiyyə xəstəxanasında işləyirdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu