ABŞ-da hava limanı terminalında sərnişin daşıyan avtomobil qəza törətdi
ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığındakı Dulles Beynəlxalq Hava Limanı (IAD)-nda sərnişin daşıyan bir avtomobil terminal binasının peronuna çırpılıb və nəticədə 18 nəfər yaralanıb.
The Hill xəbər verir ki, Dulles Hava Limanında terminal binaları arasında sərnişin daşımaq üçün istifadə olunan avtomobil dayanmalı olduğu binanın peronuna çırpılıb.
Metropolitan Vaşinqton Hava Limanı İdarəsinin rəsmisi Kristal Nosal bildirib ki, qəza sonrası sərnişinlər xilasetmə heyəti tərəfindən müayinə edilib.
Nosal əlavə edib ki, həyatları təhlükədə olmayan 18 yaralı xəstəxanaya çatdırılıb.

