“Kalmaegi” tayfununda ölənlərin sayı 232-yə çatdı
Filippinə Sakit okeandan gələn "Kalmaegi" tayfunu nəticəsində həyatını itirənlərin sayı 232-yə yüksəlib, ölkənin şimalında təsirli olan Fung-wong (Uwan) tayfunu səbəbindən isə 18 nəfərin həlak olduğu bildirilib.
Filippin Xəbər Agentliyi (PNA)-nın məlumatına görə, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) "Kalmaegi" tayfununun törətdiyi fəlakətlər və qəzalara dair açıqlama yayıb.
Açıqlamada ölkə daxilində “Tino” adı ilə tanınan "Kalmaegi" tayfunu səbəbindən ölənlərin sayısının 232-yə yüksəldiyi, 112 nəfərin itkin düşdüyü qeyd olunub.
Tayfun nəticəsində 523 nəfər yaralanıb, 134.949 ev zərər görüb, 20.510 ev tamamilə dağılıb. Kənd təsərrüfatı və infrastruktur obyektlərinin də ciddi ziyan gördüyü bildirilib.
