Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub


Noyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndinə köç karvanı yola salınıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən AFN.az-a verilən məlumata görə, Ağdamın Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xıdırlı kəndinə 73 nəfərdən ibarət 15 ailə köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu