ABŞ: Qəza zonasında atəşkəs hələ də qorunur


Birləşmiş Ştatlar İsrail ilə HƏMAS arasında atəşkəs rejiminin davam etdiyini hesab edir.

AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

“Vəziyyət hələ də mürəkkəb və həssas olaraq qalır. Atəşkəs saxlanılır, israilli girovlar sağ-salamat azad edilib, ölmüş girovların qalıqları demək olar ki, hər həftə bizə çatdırılır”, – deyə Uolts Sinqapurda "Bloomberg" agentliyinin təşkil etdiyi Yeni İqtisadiyyat Forumunda çıxışı zamanı qeyd edib. “Kimsə demədi ki, bu asan olacaq, amma məncə, artıq irəliləyiş var və bunu qeyd etmək lazımdır”, – Uolts əlavə edib.

Noyabrın 19-da İsrail ordusu Qəzza bölgəsinə zərbələr endirib və bunu HƏMAS radikallarının bəzi rayonlarda fəallığı ilə izah edib. Hərəkatın nəzarətindəki hakimiyyət orqanları zərbələr nəticəsində ən azı 25 nəfərin öldüyünü bildirib. HƏMAS-ın iddiasına görə, atəşkəsin tətbiqindən bəri İsrail zərbələri nəticəsində ümumilikdə 300 fələstinli həyatını itirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu