Ukrayna qarşısında iki seçim var: ləyaqətini itirmək və ya əsas tərəfdaşdan olmaq - Zelenski
Zelenski: Ukrayna ABŞ-ın sülh sazişi qarşısında çətin seçimdədir
AFN.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib ki, ölkə çox çətin seçim qarşısındadır: ya ABŞ-ın təqdim etdiyi mürəkkəb 28 maddəli sülh sazişini qəbul etmək, ya da əsas tərəfdaşını itirmək.
“Hazırda Ukrayna üzərində təzyiq çox böyükdür. Ölkə ya ləyaqətini itirməli, ya əsas tərəfdaşı risk altına qoymalıdır; ya mürəkkəb 28 maddə, ya son dərəcə ağır qış və gələcək risklər. Azadlıq, ləyaqət və ədalət olmadan həyat olmaz. Və biz iki dəfə bizə hücum edənə inanmalıyıq”, – deyə Zelenski vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, Ukraynadan cavab gözlənilir, amma əslində bu cavab artıq 2019-cu il 20 may tarixində verilmişdir. Zelenski and içərkən Ukraynanın suverenliyini qoruyacağına və vətəndaşların hüquq və azadlıqlarını müdafiə edəcəyinə söz verib. O, andının formal protokol olmadığını, gündəlik fəaliyyətində bu sözlərə sadiq qaldığını bildirib və Ukraynanın milli maraqlarının prioritet olmalı olduğunu vurğulayıb.
