Durov ABŞ-lı aktivist Çarli Kirkın ölümündə Fransanın izi ola biləcəyini istisna etmir


Telegram-ın həmtəsisçisi Pavel Durov amerikalı mühafizəkar aktivist Çarli Kirkın qətlində Fransanın mümkün roluna işarə edib.

AFN.az xəbər verir ki, o, bunu jurnalist Kendiss Ouenin Kirkın qatilinə dair paylaşdığı məlumatı şərh edərkən bildirib.

“Çarli Kirkın Makron Fransası haqqında dediklərini nəzərdən keçirdikdən sonra, Kendissin Fransanın onun ölümündə iştirakı barədə məlumatı mənə tamamilə inandırıcı görünür”, — deyə Durov X sosial şəbəkə hesabında yazıb.

Məlumat üçün bildirək ki, amerikalı jurnalist Kendiss Ouen Fransanın yüksək vəzifəli hökumət əməkdaşı əlaqə saxladığını, həmin şəxs ona aktivistin qatili barədə məlumat verdiyini və qatilin bir neçə ölkənin iştirakı ilə Fransanın xarici legionunun 13-cü briqadasında hazırlıq keçdiyini iddia edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu