Yeni salınan yola görə binaya yeraltı qaz sızıb - Plaza sahibi
“Hesab edirlər ki, hadisə qaz sızmasından baş verib. Amma bu binada qaz yoxdur”.
AFN.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.
Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Onun sözlərinə görə, bunun nəticəsində qaz yeraltı şəkildə binaya sızıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində güclü partlayış baş verib. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

