ABŞ Meksikada çimərliyi “səhvən” işğal etdi


ABŞ hərbçiləri Meksika sərhədindəki bir çimərliyə daxil olaraq həm ispan, həm də ingilis dilində lövhələr quraşdırıblar. Lövhələrdə “Müdafiə Nazirliyinə aid bu ərazi komandanın icazəsi ilə qadağan olunmuş sahə kimi müəyyən edilib” xəbərdarlığı yer alıb.

Hərbçilərin bu xətasından sonra Meksika Xarici İşlər Nazirliyi müdaxilə edib. Nazirliyin açıqlamasına görə, ABŞ donanmasına aid 6 lövhə çimərlikdən götürülüb.

ABŞ və Meksika arasındakı bu qalmaqallı hadisə qısa zamanda sosial media platformalarında yayılıb. ABŞ-ın Müdafiə Nazirliyi (Pentagon) açıqlamasında “Buranı səhvən bağlamışıq” deyib.

Xatırladaq ki, ABŞ lideri Donald Trump bir neçə ay əvvəl Meksika Körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi barədə əmr vermişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu