“Napoli” – “Qarabağ” matçı təxirə salınacaq? - AÇIQLAMA


UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçından öncə Neapol şəhərində hava şəraiti pisləşib.

Bununla bağlı şəhərdə narıncı xəbərdarlıq elan edilib.

İtaliyanın bəzi media orqanları qarşılaşmanın təxirə salına biləcəyi ehtimalını irəli sürüb.

Lakin “Napoli” klubunun rəsmi saytı məlumatı təkzib edib və “Dieqo Armando Maradona” stadionunun matça tam hazır olduğunu bildirib.

“Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev mediaya açıqlamasında bildirib ki, hazırda matçın təxirə salınması gündəmdə deyil.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu