Britaniya Çindən biodizel idxalına anti-dempinq rüsumları tətbiq edib


Böyük Britaniya hökuməti Çindən idxal olunan biodizel yanacağına anti-dempinq rüsumları tətbiq edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Biznes və Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Çin şirkəti "Zhuoyue Group" və onun əməkdaşlıq etdiyi ixracatçılar üçün rüsum 14,79%, digər bütün idxalçılar üçün isə 54,64% səviyyəsində müəyyən edilib. Bu qərar Britaniya tənzimləyicisinin hesablamasına görə, "Argent Energy""Olleco" kimi yerli istehsalçılara zərər verən qeyri-ədalətli ticarət praktikalarının aşkarlanmasından sonra qəbul olunub.

Qaydalar beş il müddətinə qüvvədə olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu