Bağışla, qoruya bilmədim səni... - FOTO
Yasamaldakı bina yanğınında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında övladı ilə bağlı təsirli paylaşım edib.
Dərdli ata qızı ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq onu qoruya bilmədiyini yazıb.
“Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni...”, - deyə Ə. Qəmbərov bildirib.
Qeyd edək ki, yanğında 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.

