ABŞ çox sayda B-2 bombardman təyyarəsi sifariş verib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin 22 iyun tarixində İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə həyata keçirilən hava zərbəsində istifadə olunan B-2 bombardman təyyarələrindən çox sayda sifariş verdiyini açıqlayıb.
Prezident Tramp 22 iyunda İranın nüvə obyektlərinə yönələn hava zərbələrində istifadə olunan B-2 təyyarələri barədə danışıb.
Tramp B-2 təyyarələrinin tamamilə görünməz olduğunu qeyd edərək, həmin təyyarələrlə həyata keçirilən zərbənin İranın nüvə potensialını tamamilə yox etdiyini təkrar edib.
O, ABŞ-ın hazırda mövcud olan təyyarələrinə əlavə olaraq çox sayda B-2 sifarişi verdiyini bildirib.
Qeyd edək ki, ABŞ qeyd olunan tarixdə hədəf aldığı İranın nüvə obyektlərini B-2 gizli bombardman təyyarələrindən buraxılan təxminən 6 metr uzunluğunda və yerin onlarca metr altında zərər verə biləcək raketlərlə vurmuşdu.
