Zelenski Yermakın istefasını açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə genişmiqyaslı korrupsiyaya qarşı aparılan istintaqın davam etdiyi bir zamanda Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa verdiyini açıqlayıb.

Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusi Korrupsiyaya Qarşı Prokurorluq (SAPO) bu gün Yermakın evində aparılan axtarışlardan sonra açıqlama verən Zelenski “Bu gün heç kimin Ukrayna barədə şübhəsi qalmasın. Buna görə də bu gün qəbul etdiyimiz daxili qərarlar çərçivəsində Prezident Administrasiyası yenidən təşkil olunacaq. Administrasiya rəhbəri Andrey Yermak bu gün istefasını təqdim etdi. Danışıqlar prosesində Ukraynanın mövqeyini həmişə olduğu kimi təqdim etdiyinə görə Andreyə minnətdaram. Prezident Administrasiyasının yeni rəhbərinə gəldikdə isə, sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşəcəyəm", - deyə o bildirib.

Yermakın evində aparılan axtarış və ona qarşı irəli sürülən ittihamlarla bağlı Zelenski “Şayiələrdən və fərziyyələrdən qaçmaq istəyirəm” deyib.

Prezident həmçinin Yermakın 23 noyabrda İsveçrədə keçirilən ABŞ-Ukrayna sülh görüşlərindəki rəhbərliyinə toxunaraq, bu görüşlərdə Ukraynanı kimlərin təmsil edəcəyini açıqlayıb. Zelenski bildirib ki, sülh görüşlərində Ukrayna heyəti Milli Təhlükəsizlik və Müdafiə Şurası, Baş Qərargah, Xarici İşlər Nazirliyi və kəşfiyyat orqanlarının rəsmilərindən ibarət olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu