Tramp Tayland və Kamboca hökumətlərini yeni tariflərlə hədələyib



ABŞ Prezidenti Donald Tramp Tayland və Kamboca hökumətlərini iki ölkə arasındakı döyüş əməliyyatları dayandırılmazsa, müvafiq məhsullara yeni tariflər tətbiq etmək ilə hədələyib.

AFN.az xəbər verir ki, bu barədə ABŞ lideri "The Wall Street Journal" qəzetinə verdiyi müsahibəsində bildirib.

Tramp deyib: “Mən 10 dəqiqə əvvəl Tayland və Kamboca arasında yeni eskalasiyanı tənzimləmək üçün tariflərdən istifadə etdim. Dedim ki, əgər müharibə davam edərsə, ticarət sazişimizi ləğv etməklə kifayətlənməyəcəyəm, həmçinin sizin ölkələrə tariflər tətbiq edəcəyəm”.

Prezident tariflərin xarici siyasət üçün vacib alət olduğunu vurğulayıb. Tramp qeyd edib ki, ABŞ Ali Məhkəməsi tətbiq etdiyi tariflərin bir hissəsini qanunsuz hesab edərsə, bu, ABŞ tərəfi üçün fəlakətli olardı, lakin buna baxmayaraq o, tarifləri davam etdirmək üçün hüquqi əsaslar tapacaq. Ali Məhkəmə isə məsələnin araşdırılmasını davam etdirir.

Tramp həmçinin Baş nazirlərlə telefon danışığında döyüş əməliyyatlarının 24 saat ərzində dayandırılacağı və və sülh sazişlərinin icrasına qayıdılacağı haqda razılığa gəldiklərini bildirib. Lakin sonrakı məlumatlara görə, döyüş əməliyyatları davam edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu