SOCAR artıq hasilat yox, treyder şirkətinə çevrilir?


SOCAR-ın maliyyə hesabatındakı rəqəmlərə baxanda onun artıq hasilat şirkətindən daha çox bir treyder şirkəti olduğu görünür.

AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, şirkətin satış dövriyyəsinin 70%-dən bir qədər çoxu neft-qaz ticarətinin payına düşür: "2024-cü ildə 84,7 mlrd. manatlıq ümumi satış dövriyyəsinin 59,7 mlrd. manatı ticarət seqmentində formalaşıb. Özünün əsas profili olan hasilat və emaldakı dövriyyəsu 18,6 mlrd. manat olub. Treyder kimi satış dövriyyəsinin təxminən 85%-i (50,3 mlrd. manat) İsveçrədə, 14%-i (8,4 mlrd. manat) Birləşmiş Ərəb Əmirliyində formalaşır. Ümumilikdə bütün dövriyyənin cəmi 9,5%-i (8,1 mlrd. manat) Azərbaycanın daxilində yaranır".


Ekspertin sözlərinə görə, belə şəraitdə SOCAR-ın maliyyə hesabatında açıqlanması vacib olan bir məlumat var ki, o da açıqlanmır: "Şirkətin əldə etdiyi xalis mənfəətin ölkələr üzrə bölgüsü haqda hesabatda məlumat yoxdur. Əgər ümumi satış dövriyyəsinin həcmi, uzunmüddətli aktivlərin dəyəri ölkələr üzrə açıqlanırsa, əldə olunan xalis mənfəət niyə eyni qaydada açıqlanmamalıdır? Bu, şirkətin hansı ölkədə mənfəət və ya zərərlə işlədiyini ortaya qoyacaq".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu