Tikinti maqnatının şirkəti cari ildə 41 milyonluq sifariş alıb



Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü Tikinti-2" ASC daha bir iri məbləğli tenderin qalibi seçilib.

Şirkət bu dəfə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi elan edilib. Abadlıq işlərinə görə şirkətə 1 940 003,18 manata ödəniləcək.

"Gəncə Körpü Tikinti-2" ASC bu tenderdə qalib seçilməklə cari ildə dövlət qurumlarından aldığı sifarişlərin sayını 7-yə çatdırıb.

Şirkət bundan əvvəl Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhər Nümayəndəliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB), Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Quba Rayon İcra Hakimiyyətinin tenderlərində qalib seçilib.

"Gəncə Körpü Tikinti-2” ASC-nin 2025-ci ildə qazandığı tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 41 315 449,86 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmət




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu