ABŞ Venesuelaya zərbələr endirdi


Ötən gecə Venesuelanın paytaxtı Karakasda bir sıra partlayışlar, ardınca isə yanğınlar baş verib. Böyük bir hərbi bazanın yerləşdiyi şəhərin cənubunda elektrik kəsilib. Hərbi obyektlərin də yerləşdiyi Karib dənizindəki Karakas və Marqarita limanı zərbələrə məruz qalıb.

"Bloomberg"in şahidlərə istinadən məlumatına görə, şəhər üzərində hərbi təyyarə və helikopterlər uçub.

Ölkə hakimiyyəti ABŞ-ın hərbi təcavüzünü elan edib və avtoritar lider Nikolas Maduro fövqəladə vəziyyət elan edib. Venesuela rəhbərliyi BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Bəyanatda deyilir ki, hücum təkcə Karakasda deyil, həm də Miranda, Aragua və La Quayra ştatlarında müşahidə edilib, "mülki və hərbi hədəflərə" zərbə endirilib.

Hələlik Ağ Ev və ya Pentaqondan rəsmi açıqlamalar verilməyib. "CBS News" jurnalisti Cenifer Ceykobs ABŞ rəsmiləri arasında olan mənbələrinə istinadən iddia edir ki, ABŞ prezidenti Donald Tramp hərbi obyektlər də daxil olmaqla Venesuela daxilindəki obyektlərə zərbələr endirməyi əmr edib.

"Fox News" da bu barədə adı açıqlanmayan Ağ Ev rəsmilərinə istinadən məlumat verir.

ABŞ-ın Karakas hökumətinə qarşı sərt yanaşmasını dəstəkləyən Venesuela müxalifət lideri Mariya Korina Maçadonun sözçüsü "CBS News"a bildirib ki, zərbələr digər hədəflərlə yanaşı, Karakasdakı böyük Fuerta Tiuna hərbi bazasına, La Karlota hava limanına, eləcə də La Quayra limanınahava hücumundan müdafiə qurğularına da endirilib.

Təsdiqlənməmiş məlumatlara görə, parlament binasıUqo Çavesin məqbərəsinə də zərbələr endirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu