Orban: Putin və Trampın Budapeştdə görüşünə ümid edirəm
Macarıstanın Baş naziri Viktor Orban Rusiya və ABŞ prezidentlərinin 2026-cı ildə Ukrayna üzrə razılaşma əldə etmək üçün Budapeştdə görüşəcəyinə ümid etdiyini bəyan edib.
«ABŞ və Rusiya prezidentləri planlaşdırıldığı kimi Budapeştdə görüşərək sülh razılaşması imzalaya bilərlər», – Orban deyib.
Macarıstan lideri həmçinin Putinin Macarıstana ayrıca səfərinin gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, Budapeşt Moskva və Pekin də daxil olmaqla dünyanın bütün mühüm iqtisadi regionları ilə əlaqələr qurmağa çalışır.
«Biz 2026-cı ildə münaqişənin davam etdirilməsi naminə Ukraynaya Macarıstan vəsaitlərinin yönəldilməsini planlaşdırmırıq. Avropa İttifaqı bu məqsədlə kredit ayırmağı düşünür. Biz bunu dəstəkləmirik», – deyə Orban əlavə edib.
