Tramp: Neft şirkətləri Venesuelada ən azı 100 milyard dollar xərcləyəcək


ABŞ Prezidenti Donald Tramp bildirib ki, neft şirkətləri Venesueladakı bütün neft infrastrukturunu yenidən inşa edəcək və bu işə ən azı 100 milyard dollar xərcləyəcəklər. O qeyd edib ki, Venesueladakı neftin keyfiyyəti və miqdarı heyrətamizdir.

Tramp Fox News kanalına verdiyi müsahibədə ABŞ‑ın hərbi müdaxiləsindən sonra Venesuelalı müxalif lider Maria Corina Maçado ilə gələn həftə görüşməyi planlaşdırdığını və onunla görüşməyi səbrsizliklə gözlədiyini söyləyib.

O, Venesuelanı yenidən qurmaq lazım olduğunu vurğulayaraq, ölkədə indi necə seçki keçiriləcəyini belə bilmədiklərini, amma nəhayət seçkilərin keçiriləcəyini ifadə edib.

Tramp həmçinin deyib ki, o, Beynəlxalq neft şirkətləri rəhbərləri ilə Ağ Evdə görüşəcək və bu qurumlar Venesuelada neft infrastrukturunu yenidən inşa edəcəklər.

ABŞ Prezidenti Kuba və Venesuela arasındakı münasibətlərə də toxunaraq bildirib ki, Kuba pul və neft baxımından tamamilə Venesuelaya bağlıdır və ona qoruma təmin edir: "Bu razılaşma həmişə belə olub”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu