Frankfurt hava limanında qar səbəbindən uçuşlarda gecikmə baş verir


Almaniyanın ən böyük hava limanı olan Frankfurt Hava Limanında qar yağışı və buzlanma səbəbindən uçuşlarda ləğv və gecikmələr müşahidə olunur.

Almaniyada keçən həftənin ortalarından etibarən təsirli olan güclü qar yağışı və buzlanma hava nəqliyyatında çətinliklər yaradıb.

Frankfurt Hava Limanını idarə edən Fraport Group-un açıqlamasına görə, bu gün planlaşdırılmış təxminən 1000 uçuşdan 98-i güclü qar yağışı və buzlanma səbəbindən ləğv edilib. Gün ərzində təsirlənmiş uçuşların sayının arta biləcəyi qeyd olunub.

Sərt qış şəraiti səbəbindən sərnişinlər gözlənilməz gecikmə və çətinliklərlə üzləşir. Frankfurt Hava Limanı sərnişinlərə uçuşlarının vəziyyətini diqqətlə izləməyihava limanına daha erkən çatmağı tövsiyə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu