Almaniyanın Frankfurt hava limanında etiraz aksiyası: 50 aviareys ləğv edilib


Almaniyada iqlim fəallarının Frankfurt hava limanında keçirdiyi aksiyaya görə 50 aviareys ləğv edilib.



İqlim fəallarının aksiyası səbəbindən Frankfurt hava limanında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb, lakin polisin fəallara qarşı müdaxiləsindən sonra gecikmə ilə yenidən başlayıb.

Hava limanının sözçüsü aksiyaya görə 50 reysin ləğv edildiyini açıqlayıb.

Polis bildirib ki, 8 fəal saxlanılaraq şəxsiyyəti müəyyən edildikdən sonra onlara qarşı hava hərəkətinə təhlükəli müdaxilə və icazəsiz girişə görə cinayət işi qaldırılıb.

İqlim fəalları iyulun 24-də Köln-Bonn hava limanında hava nəqliyyatını təxminən 3 saat iflic edib.

İki gündür davam edən etiraz aksiyalarına görə polisin bütün hava limanlarında təhlükəsizliyi artırmağa qərar verdiyi öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu