Almaniyada iqlim fəallarının aksiyası səbəbindən Köln-Bonn hava limanında uçuşlar dayandırılıb


Almaniyanın Köln-Bonn hava limanında iqlim fəalları tərəfindən həyata keçirilən aksiya hava nəqliyyatının işinin pozulmasına səbəb olub.



Köln polisi eniş və qalxma zolağına yaxın ərazidə 5 fəalın etiraz aksiyası keçirdiyini və bu səbəbdən hava hərəkətinin dayandırıldığını açıqlayıb.

Letzte Generation qrupunun sosial media platforması X hesabında edilən paylaşımda sözügedən aksiyanın 2030-cu ilə qədər qalıq yanacaqların aradan qaldırılmasını tələb etdiyi və aksiyanın beynəlxalq etiraz kampaniyasının bir hissəsi olduğu ifadə edilib.

Postda oxşar aksiyaların İngiltərə, Avstriya, Hollandiya, İsveçrə, Kanada, ABŞ, Şotlandiya və Norveç hava limanlarında eyni vaxtda həyata keçiriləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu