Sabah Brüssel hava limanında bütün reyslər ləğv ediləcək


Belçikanın Brüssel Hava Limanında işçilərin tətili səbəbindən sabah həyata keçirilməsi planlaşdırılan bütün reyslər ləğv edilib.



Brüssel Hava Limanı rəsmiləri təhlükəsizlik işçilərinin oktyabrın 1-i çərşənbə axşamı tətilə gedəcəyini və əməliyyatlarda ciddi fasilələrin gözlənildiyini açıqlayıb.

Açıqlamada hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı, gediş-gəliş reysləri olan sərnişinlərdən oktyabrın 1-də hava limanına gəlməmələri istənilib.

Açıqlamada Brüsselə uçuşların edilə biləcəyi, lakin ləğvlərin də ola biləcəyi vurğulanıb və Brüssel Hava Limanına uçuşu olan bütün sərnişinlərə uçuşların vəziyyətini yoxlamaları tövsiyə edilib.

Brüssel hava limanındakı tətil səbəbiylə təxminən 50 min sərnişinin təsirlənəcəyi gözlənilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu