“Qarabağ” bu gün iki oyun keçirəcək


Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.

Qurban Qurbanovun yetirmələri əvvəlcə Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

“Osiyek” hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Ağdam təmsilçisi bu gün Polşanın “Zaqlebye” klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

“Zaqlebye” hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5:0 hesabı ilə məğlub etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu