Mərakeşdə seldən zərər görən şəhərin 70 faiz sakini təxliyə edildi
Mərakeşin şimalındakı Lukus çayında yağıntılar səbəbindən suyun səviyyəsinin yüksəlməsi nəticəsində Qəsr əl-Kəbir şəhəri sakinlərinin 70 faizinin təhlükəsiz bölgələrə təxliyə edildiyi bildirilib.
Qəsr əl-Kəbir şəhərində güclü yağışlardan zərər çəkən və təhlükə altında olan ərazilərdə yaşayanların təxliyə prosesi ordunun da dəstəyi ilə davam edir.
Seldən təsirlənənlərin digər şəhərlərdəki qohumlarının yanına və ya sığınacaqlara yerləşdirildiyi vurğulanıb. Sığınacaqların tutumunun təxminən 40 min nəfər olduğu qeyd edilib.
Xatırladaq ki, Mərakeş Meteorologiya Baş İdarəsi dünən bir çox bölgədə güclü yağış xəbərdarlığı etmiş, Təhsil Nazirliyi isə yağıntıdan təsirlənəcək ərazilərdə 2-7 yanvar tarixlərində dərslərin dayandırılacağını açıqlamışdı. Qeyd edək ki, ölkədə dekabr və yanvar aylarında baş verən güclü yağış və fırtına səbəbindən təxminən 40 nəfər həyatını itirib.
Dekabr ayından bəri davam edən yağışlarla Mərakeşdəki bəndlərdə su ehtiyatları 2019-cu ilin iyulundan bəri görülməmiş bir səviyyəyə — 9,26 milyard kubmetrə çatıb.

