Tramp ABŞ olimpiyaçısını kəskin tənqid etdi: "Əsl uğursuzdur"


ABŞ Prezidenti Donald Tramp ölkənin daxili siyasətini tənqid edən amerikalı fristaylçı Hanter Hessi hədəf alıb.

AFN.az xəbər verir ki, Tramp idmançını "uğursuz" adlandıraraq onun milli komandada təmsil olunmasından təəssüf duyduğunu bildirib.

Prezident özünün "Truth Social" hesabında paylaşdığı mesajda bunları qeyd edib: "Olimpiya oyunlarında çıxış edən amerikalı xizəkçi Hanter Hess əsl uğursuzdur. O bəyan edir ki, hazırkı Qış Olimpiya Oyunlarında öz ölkəsini təmsil etək istəmir. Əgər belədirsə, o, komandaya seçimlərə qatılmamalı idi. Onun heyətdə olması çox üzücüdür. Belə bir insana azarkeşlik etmək çox çətindir".

Xatırladaq ki, Hanter Hess daha əvvəl keçirdiyi mətbuat konfransında ABŞ-ı beynəlxalq arenalarda təmsil edərkən "qarışıq hisslər" keçirdiyini demişdi. O, ölkədə baş verən bir çox hadisədən narazı olduğunu bildirərək, "Bayrağımızı daşımağım ABŞ-da baş verən hər şeyi dəstəklədiyim mənasına gəlmir" ifadələrini işlətmişdi. İdmançının bu çıxışı xüsusilə ölkədəki miqrasiya siyasətinə və ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) reydlərinə etiraz kimi qiymətləndirilir.

Qeyd edək ki, "Möcüzə" filminə ilham verən məşhur xokkeyçi Mayk Eruzione də Hessi tənqid edərək bildirib ki, əgər ölkəsini təmsil etmək istəmirsə, onda ABŞ formasını geyinməməli idi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu