Məşhur alpinist buz divarından yıxılaraq öldü



Pakistanlı 31 yaşlı alpinist Daulat Şah Gilgit-Baltistan bölgəsində buz divarına dırmaşarkən yıxılaraq vəfat edib.

Pakistan Alp Klubundan verilən məlumata görə, 31 yaşlı Şah Gilgit-Baltistan bölgəsində əcnəbi bir turistlə birlikdə dırmanış həyata keçirirdi. Dırmaşma zamanı yıxılan Şah hadisə yerində həyatını itirib.

Təcrübəli alpinist olan Daulat Şah, əvvəllər dünyanın ikinci ən yüksək zirvəsi sayılan K2 də daxil olmaqla, 8 min metrlik yüksəkliklərə qalxmağı bacarmışdı. O, 2025-ci ildə Qaşerbrum I dağının zirvəsinə kifayət qədər oksigen təminatı olmadan çatmağı ilə tanınırdı.

Çin sərhədində yerləşən Gilgit-Baltistan bölgəsi hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvəyə ev sahibliyi edir. Bu bölgə dünyanın hər yerindən peşəkar alpinistləri cəlb etsə də, təhlükəli relyefi ilə tanınır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu