Epşteyn sənədlərində gizlədilən 6 ad açıqlandı



ABŞ Nümayəndələr Palatasının üzvü Ro Hanna Ceffri Epşteyn sənədlərinin senzurasız versiyalarını araşdırdıqdan sonra sənədlərdə adı keçən 6 şəxsi ictimaiyyətə açıqlayıb. O, paylaşılan sənədlərin 70-80 faizinin hələ də gizli saxlanıldığını bildirib.

Hanna sənədləri araşdırdıqdan sonra Nümayəndələr Palatasının kürsüsündən etdiyi çıxışın görüntülərini "X" sosial şəbəkəsindəki hesabında paylaşıb. Digər konqresmen Tomas Massi ilə birlikdə ABŞ Ədliyyə Nazirliyinə gedərək sənədləri nəzərdən keçirdiklərini qeyd edən Hanna "Orada təxminən iki saat vaxt keçirdik və dosyelərin 70-80 faizinin hələ də senzuralı olduğunu öyrəndik", - deyə bildirib.

Hanna sənədlərdə adı keçən 6 zəngin və güclü şəxsin Ədliyyə Nazirliyi tərəfindən heç bir səbəb göstərilmədən gizlədildiyini vurğulayaraq həmin adları açıqlayıb: Les Veksner, Sultan Əhməd bin Sulayem, Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nikola Kaputo. Sənədləri araşdırdıqları cəmi iki saat ərzində belə 6 adı üzə çıxara bildiklərini deyən Hanna, 3 milyon sənəd tamamilə senzurasız şəkildə araşdırılarsa, daha çox adın ortaya çıxa biləcəyini vurğulayıb.

Ro Hanna Federal Təhqiqat Bürosunun (FTB) Ədliyyə Nazirliyinə onsuz da senzuralanmış dosyalar göndərdiyini iddia edib. Nümayəndələr Palatasının üzvü Massi isə öz paylaşımında qeyd edib ki, bu sənədlərdə adın olması hələ təqsirlilik sübutu deyil, lakin Lesli Veksnerin adı 2019-cu ilə aid bir FTB sənədində Epşteynlə birlikdə uşaqların cinsi istismarı cinayətində tərəfdaşlıq etməkdə keçir.

ABŞ Ədliyyə nazirinin müavini Todd Blanş isə ittihamlara cavab olaraq bildirib ki, nazirlik zərərçəkmiş olmayan bütün adları açıq şəkildə təqdim edib. O, məsələn, Veksnerin adının Epşteyn dosyalarında artıq dəfələrlə keçdiyini və nazirliyin şəffaflıq prinsipinə sadiq olduğunu vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu